"İdman hamı üçün": zorxana milli idman növü üzrə təlim - FOTO

Xəbərlər
22 Oktyabr 2023 13:12
271
"İdman hamı üçün": zorxana milli idman növü üzrə təlim - FOTO

"İdman hamı üçün" layihəsi çərçivəsində oktyabrın 21-də zorxana milli idman növü üzrə təlim təşkil edilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlim “Dədə Qorqud" parkı ərazisində baş tutub.

Tədbirdə bütün yaş qruplarından olan sakinlər proqrama qoşularaq mütəxəssislərin rəhbərliyi altında zorxana milli idman növünün qaydalarını öyrəniblər.

İdman.biz