Estoniyanın paytaxtı Tallində kapoeyra üzrə “Tallin cup” beynəlxalq turniri keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 9 medalla başa vurublar.
İdmançılarımızdan Fikrət Dadaşov, Mehriban Hacıbabayeva, Əli Tağızadə, Asya Atayeva, Fərid Səlimov qızıl, Fərid Allahverdiyev, Azər Orucov gümüş, Davud Hüseynli və Dilqəm İsmayılov bürünc medal qazanıblar.
Həmçinin Fərid Səlimov turnirin ən yaxşı idmançısı seçilib.
İdman.biz