Bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi davam edir.
İdman.biz xəbər verir ki, əhalinin sağlam həyat tərzinə cəlb olunması məqsədilə Gənclər və İdman Nazirliyinin idman avtomobilinin növbəti dayanacağı Ağcabədi və Füzuli olub.
Həmin şəhərlərdə idmansevərlər müxtəlif idman növlərində öz qüvvələrini sınayıb, aktiv idmanla məşğul olublar.
Normativləri yerinə yetirən iştirakçılara sertifikatlar təqdim olunub.
İdman.biz