Azərbaycanda səfərdə olan Konqo Demokratik Respublikasının idman və istirahət naziri Didye Budimbu Ntubuanqa və rəhbərlik etdiyi nümayəndə Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıblar.
İdman.biz xəbər verir ki, qonaqlar Milli Gimnastika Arenasının mövcud vəziyyəti ilə tanış olublar.
Azərbaycan Güləş Federasiyası ilə tanışlıq zamanı qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb, idmançıların məşq prosesini izləyiblər. Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda idmançıların müayinə və müalicəsi haqqında məlumat əldə ediblər. Qonaqlar Azərbaycan Milli Olimpiya Komitəsində və Azərbaycan Cüdo Federasiyasında görüş keçiriblər.
Didye Budimbu Ntubuanqa və rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Heydər Əliyev Mərkəzini və İçərişəhəri də ziyarət ediblər.
İdman.biz