Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Həftə qoçlar üçün əvvəlki günlərin davamı ola bilər. Lakin artıq özünüzü daha sabit və inamlı hiss edəcəksiniz. Tədricən mənfi təsirlər zəifləyəcək, mövcud şəraitə uyğunlaşacaqsınız. Bir çox hadisələri müşahidə etməlisiniz. Bu zaman zəif tərəflərinizi görə biləcəksiniz. Eyni zamanda sağlamlığınızla bağlı pəhriz saxlamanız məsləhətdir. Maliyyə durumunuzda elə bir dəyişiklik görünmür. Gimnastika, avarçəkmə, sambo və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
Buğa
Buğalar üçün həftə o qədər də asan olmayacaq. Planlarınızı həyata keçirmək məqsədilə yeni tərəfdaşlara ehtiyacınız olacaq. Biznes və karyerada uğur qazanmaq üçün hər hansı əlverişli fürsətdən yararlanmaq imkanınız olacaq. Bu şansı əldən verməyin. Həftə ərzində görüşlər və təmaslar həyatınızı əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişdirə bilər. Sağlamlığınızla bağlı elə bir problem olmayacaq. Üzgüçülük, karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.
Əkizlər
Əkizlər üçün həftə əvvəlkindən daha aktiv və pozitiv olacaq. Lakin yarımçıq qalmış işiniz, həll olunmamış problemlərinizlə yenidən qarşılaşa bilərsiniz. Odur ki, hər bir addımı atarkən, ehtiyalı davranın. Pul qazanmaq və yeni gəlir mənbələri əldə etmək üçün yeni imkanlar açılacaq. Sizin üçün maliyyə uğurları, səmərəli görüşlər və rəhbərlərlə müsbət danışıqlar olduqca mümkündür. Bütün hallarda, hansısa yeni işə başlamağa cəhd etməyin, nəticə sıfıra bərabər görünür. Həndbol, tennis, cüdo, sambo, basketbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.
Xərçəng
Bu həftə Xərçənglər üçün çox əhəmiyyətlidir. Gələcək uğurlarınız, habelə uğursuzluqlarınız düşüncə və hisslərininzdən asılı olacaq. Çalışın, özünüzü müsbətə yükləyəsiniz. Bu günlərdə yeni addımlar atmağınız tövsiyə edilmir. Çünki istəmədiyiniz gözlənilməz nəticələrlə üzləşə bilərsiniz. Maddi durumunzda elə bir axsama olmayacaq. Səhhətinizlə bağlı müvafiq qaydalara əməl etməniz məsləhətdir. Velosiped qılıncoynatma, güləş, qaçış, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.
Şir
Şirlər bu həftə çox diqqətli olmalıdırlar. Həftənin əvvəlində tərəfdaşınız, həyat yoldaşınız və ya yaxın müttəfiqinizlə bəzi çaşqın, anlaşılmaz vəziyyətlərlə qarşılaşmağa hazır olun. Son dərəcə ehtiyatlı olmağınız tövsiyə edilir. Həmin şəxslərlə münasibətlərinizdə arzuolunmaz hallarla üzləşmə ehtimalı böyükdür. Bu çətinlikləri həll etmək bir qədər çətin olacaq. Pulla bağlı bütün məsələlərdə xüsusilə ehtiyatlı olmaq lazımdır, çünki əsassız xərcləmə ehtimalı yüksəkdir. Cüdo, çövkən, güləş, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Qız
Qızları bu həftə çox işlər gözləyir. Lakin, planlaşdırdığınız işə başlamağa tələsməyin. Çünki baş verə biləcək xoşagəlməz dəyişiklikləri geri qaytarmaq çox çətin görünür. Hazırda sizin üçün ən vacib şey vəziyyətləri düzgün qiymətləndirmək, idarə etmək, təmkinli olmağa çalışmaq və başqalarının işlərinə qarışmamaqdır. Bütün bu proseslərə görə vaxt ayıraraq düşünməyə dəyər. Son dərəcə ehtiyatla davranmalısınız. Əks halda səhvlərə asanlıqla yol açmış olarsınız. Maliyyə durumunuzla bağlı elə də ciddi bir dəyişiklik olmayacaq. Basketbol, güləş, karate, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Tərəzi
Tərəzilər həftənin əvvəlində alacaqları bütün məlumatları daha diqqətli incələməlidirlər. Çaşqınlıq ehtimalı, açıq şəkildə aldanılma mümkündür. Özünüzü pis niyyətli insanlardan qorumağın ən yaxşı yolu qəfil hərəkətlər etməmək və təmkinliyinizi qorumaqdır. O qədər də buna görə əhvalınızı pozmayın. Tədricən bu kimi vəziyyətlərin uğurla yekunlaşacağı ehtimalı yüksəkdir. Qısa müddət ərzində işdə və evdə bir neçə irimiqyaslı layihəni tamamlaya bilərsiniz. Ancaq buna tez bir zamanda başlamaq lazımdır. Bunun üçün səyahət təkliflərindən imtina etməlisiniz. Səhhətinizlə bağlı problem yaşamayacaqsınız. Stolüstü tennis, şahmat, boks, futbol və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Əqrəb
Əqrəblər bu həftə əzmkarlıq göstərməlidir. Əslində yüksəklərə can atmağa, yeni layihələrə yiyələnməyə ehtiyac yoxdur. Özünüzü mümkün qədər reallığa uyğun göstərməli, başladığınız işlərə yaradıcı kimi yanaşmağınız daha vacibdir. Bu zaman müsbət nəticələrə, yüksək maliyyə axınına və şəxsi işlərinizdə uğurlara arxalana bilərsiniz. Unutmayın ki, bu, mütləq şəkildə mümkündür. Ailə münasibətlərində xoş aura yaşanacaq. Bütün bunlar əhvalınızı müsbətə doğru dəyişəcək. Stolüstü tennis, gimnastika, güləş və cüdo və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Oxatan
Oxatan bu həftə diqqətli olmalıdırlar. Bu günlər ciddi dəyişikliklər üçün kifayət qədər riskə çevrilə bilər. Baxmayaraq ki, bir çox dəyişikliklər sizə əlverişli tendensiyalar gətirəcək. Lazımi miqdarda ambisiya və döyüşkənliyiniz varsa, hərəkətə keçməyə tələsməyin - daha doğrusu, qarşıdakı imkanlarınızı diqqətlə incələməlisiniz. Həftə sonlarında təmasları məhdudlaşdırmaq, daha çox sükuta üstünlük verməlisiniz. Təbiət qoynunda daha çox vaxt keçirməyə səy göstərin. Məqsədləriniz üçün əlverişli şəraitin yaranmasını gözləyin. Həftə ərzində uğur əldə etməyin ən yaxşı formulu, məhz budur. Basketbol, hokkey, stolüstü tennis, voleybol və həndbol növlərində hədsiz uğurlar gözlənilir.
Oğlaq
Bu həftə oğlaqlar üçün borclarını ödəmək və hesablaşma vaxtıdır. Bu dövrdə çox israrlı bir şeyə can atmamalı, istəklərinizə tabe olmamalısınız. Əks halda səyləriniz boşa çıxa bilər. Çərşənbə günündən sonra maddi imkanınız əhəmiyyətli dərəcədə artacaq. Lakin çox da bədxərcliyə yol verməməlisiniz. İstəklərinizin reallaşması qənaət etməyinizdən asılı olacaq. İş sahəsində uğur ehtimalı yüksəkdir. Həftəsonu istirahətinizə vaxt ayırmağı unutmayın. Voleybol, həndbol, güləş, basketbol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.
Dolça
Bu həftəni dolçalar üçün şübhələr və səhvlər dövrü kimi də xarakterik ola bilər. Evdə və yaxud yolda xəsarətlər, zərərli dedi-qodular, aldanılma kimi arzulanmayan hallarla qarşılaşma ehtimalı yüksəkdir. İllüziyalar əhvalınıza məyusluq gətirəcək. Açıq su hövzələri xüsusilə təhlükəli ola bilər. Sərxoş halda üzməkdən, habelə tanımadığınız dərmanları qəbul etməkdən və ya təsadüfi əlaqələrdən çəkinin. Hər addımı düşünmədən atmayın. Lakin həftəsonu büdcənizdə ani yüksəlişlər gözləniləndir. Futbol, cüdo, güləş, üzgüçülük və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Balıqlar
Balıqlar bu həftə, özlərini sanki diplomat kimi görməlidirlər. Həftənin ilk günlərində işlərinizi tamamlamaq daha yaxşı olar. Lakin, şərait elə bir tərzdə inkişaf edə bilər ki, bu, planlarınızın həyata keçirilməsinə daim maneə yaratsın. Odur ki, mövcud reallıqlara uyğunlaşmaq son dərəcə vacibdir. Çalışın heç kimə vəd verməyəsiniz. Yaxud əksinə, kiminsə vədlərinə də etibar etmək tövsiyə olunmur. Bu zaman həm öz bacarığınızı aşağılaya, eyni zamanda qarşı tərəfi səhv qiymətləndirə bilərsiniz. Bir sözlə, yaxınlarınızın etibarını və dəstəyini itirmək riski var, ona görə də daha diplomatik olun və qeyri-müəyyənlikdən qaçın. Qaçış, atçılıq, otüstü hokkey, üzgüçülük və voleybol növlərində uğurlar gözləniləndir.
İdman.biz