Finlandiyadan 6 qızıl və 1 gümüşlə - FOTO

Xəbərlər
17 İyun 2024 18:17
285
Finlandiyadan 6 qızıl və 1 gümüşlə - FOTO

Azərbaycan idmançıları Finlandiyanın Salo şəhərində keçirilən pauerliftinq üzrə Avropa çempionatı uğurlu çıxış ediblər.

İdman.biz xəbər verir ki, Razim Hüseynov (125 kq) birinci yeri tutub.

O, yarışın mütləq çempionu olub. Eyni uğura Seymur Quliyev və Zaur Cəfərov da imza atıblar.

Əli Əsgərov, Elmir Tarverdiyev, Samir Məmmədov Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Jalə Əzizova yarışın gümüş medalını qazanıb.

İdman.biz