Kazanda multi-idman yarışında yığmamızın bayraqdarı açıqlanıb

Xəbərlər
12 İyun 2024 11:09
147
Kazanda multi-idman yarışında yığmamızın bayraqdarı açıqlanıb

“BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı məlum olub.

İdman.biz xəbər verir ki, bu gün keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını avarçəkənimiz, “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident-Kuboku-2015” beynəlxalq reqatasının qalibi Ziya Məmmədzadə daşıyacaq.

Yarışda ölkəmiz 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo və karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunacaq.

İdman.biz