İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
10 İyun 2024 22:07
129
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, iyunun 10-16-da müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Şahmat üzrə 20 yaşadək gənclərin dünya çempionatı (oğlanlar və qızlar) – 1-14 iyun (Hindistan, Gandhinagar, Gujarat);
Paraüzgüçülük üzrə Dünya seriyası – 4-10 iyun (Fransa, Limoj);
Padel üzrə Avropa çempionatı – 5-10 iyun (Norveç, Oslo);
Həndbol üzrə yeniyetmə oğlanlar arasında Avropa çempionatına hazırlıq üzrə beynəlxalq turnir – 6-13 iyun (Rusiya, Həştərxan);
Atletika üzə Avropa çempionatı – 7-12 iyun (İtaliya, Roma);
Basketbol üzrə U-16 Avropa birinciliyi (C divizionu, oğlanlar) – 9-14 iyun (Gibraltar);
Basketbol üzrə U-16 Avropa birinciliyi (C divizionu, qızlar) – 9-14 iyun (Albaniya, Durres);
Pauerliftinq və bench-press üzrə Avropa çempionatı – 9-15 iyun (Finlandiya, Salo);
Stend atıcılığı üzrə İSSF Dünya Kuboku – 10-19 iyun (İtaliya, Lonato);
Akademik avarçəkmə üzrə Dünya Kuboku (III mərhələ) – 11-17 iyun (Polşa, Poznan);
Bilyard üzrə "Sərbəst Piramida" dünya çempionatı – 11-17 iyun (Rusiya, Surqut);
“BRİCS İdman Oyunları” beynəlxalq multi-idman tədbiri – 11-24 iyun (Rusiya, Kazan);
Qol güləşi üzrə Avropa çempionatı – 13-17 iyun (Polşa, Javorzno);
Cüdo üzrə kişilər arasında Avropa kuboku – 15-16 iyun (Sloveniya, Podčetrtek);
Ağırlıqqaldırma üzrə Avropa birinciliyi (yeniyetmələr və U-15) – 15-22 iyun (Yunanıstan, Saloniki);
Tennis üzrə "Billie Jean King Cup" Dünya Kuboku qrup III oyunları (qadınlar) – 15-23 iyun (Moldova);
Tennis üzrə "Davis Cup" Dünya Kuboku qrup III oyunları (kişilər) – 15-23 iyun (Monteneqro).

İdman.biz