Azərbaycan "BRICS Sports Games"də 11 idman növündə təmsil olunacaq

Xəbərlər
10 İyun 2024 12:38
135
Azərbaycan "BRICS Sports Games"də 11 idman növündə təmsil olunacaq

İyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Kazanda "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman tədbiri keçiriləcək.

İdman.biz xəbər verir ki, Oyunların açılışı iyunun 13-də, bağlanış mərasimi 23-də keçiriləcək.

Yarışda ölkəmiz 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo və karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunacaq.

İdman.biz