Avropa Oyunları İstanbulda! - AOK təsdiqləyib

Xəbərlər
8 İyun 2024 13:41
622
Avropa Oyunları İstanbulda! - AOK təsdiqləyib

Avropa Milli Olimpiya Komitələri (AOK) İstanbulun 2027-ci ildə keçiriləcək Avropa Oyunlarını qəbul edəcəyini təsdiqləyib.

İdman.biz xəbər verir ki, bu, qurumun Buxarestdə keçirilən 53-cü Baş Assambleyasında baş verib.

Namizədlik təqdimat və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə Türkiyə Olimpiya Komitəsinin (TOK) baş katibi Neşe Gündoğanın çıxışlarından sonra yekdilliklə təsdiqlənib.

AOK prezidenti Spiros Kapralosun namizədliyi ratifikasiya etməklə bağlı xahişi alqışlarla qarşılanıb. O, İstanbul bələdiyyəsi və TOK-un yarışa hazırlığı davam etdirə bilməsini məmnunluqla açıqlayıb.

Yarışı qəbul edəcək şəhərlə AOK arasında müqavilə yaxın aylarda imzalanacaq.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

İdman.biz

Məqalədə: