Mingəçevirdə “Sağlam gələcək” layihəsi - FOTO

Xəbərlər
13 May 2024 20:24
104
Mingəçevirdə “Sağlam gələcək” layihəsi - FOTO

İdmanda kütləviliyin artırılması və əhalinin sağlam həyat tərzinə cəlb olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən bir çox işlər görülür.

İdman.biz xəbər verir ki, nazirliyin dəstəyi ilə Futbolun İnkişaf Fondu idmanın cəmiyyətə müsbət təsirinin ölçülməsi və əhalinin sağlam həyat tərzinə cəlb edilməsi məqsədilə Mingəçevir şəhərində “Sağlam gələcək” adlı layihə həyata keçirir.

Bu layihə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransında (MİNEPS VII) təsis edilən “Fit for Life” Alyansı çərçivəsində keçirilən pilot layihədir.

Layihə çərçivəsində iştirakçılar (15 oğlan və 15 qız) futbol təlimlərində iştirak edirlər.

Həmçinin, onlar üçün UNİCEF-in Əsas Həyat Bacarıqları (ƏHB) proqramına uyğunlaşdırılmış "Özünü tanıma", "Şəxslərarası ünsiyyət bacarıqları" və "Düşünmə bacarıqları" mövzularını əhatə edən seminarlar təşkil olunur.

İdman.biz