İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
6 May 2024 17:34
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, mayın 6-12-də müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

- Bodibildinq və fitnes üzrə kişilər və qadınlar arasında Avropa çempionatı – 1-6 may (Santa Susanna, İspaniya);
- 100 xanalı dama üzrə kişilər və qadınlar arasında Avropa çempionatı – 3-12 may (Heyken, Niderland);
- Kamandan oxatma üzrə lisenziya xarakterli Avropa çempionatı – 6-12 may (Essen, Almaniya);
- Kompak sportinq üzrə Avropa çempionatı – 6-12 may (Portuqaliya);
- WKF üzrə 59-cu Avropa çempionatı – 8-12 may (Xorvatiya, Zadar);
- "Vaerloese International 2024" – 8-11 may (Danimarka, Hillerod);
- Sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya Olimpiya lisenziya turniri – 9-12 may (Türkiyə, İstanbul);
- Ciu citsu üzrə "Abu Dhabi Böyük Dəbilqə Jiu Jitsu Dünya Turu" – 9-13 may (Birləşmiş Ərəb Əmirlikləri);
- Akrobatika gimnastikası üzrə Dünya Kuboku – 10-12 may (Bolqarıstan, Burqas);
- Bədii gimnastika üzrə Dünya "Challehge" kuboku – 10-12 may (Portuqaliya, Portimão);
- Cüdo üzrə qadınlar və kişilər arasında Böyük Dəbilqə – 10-12 may (Qazaxıstan, Almatı);
- Taekvondo üzrə Avropa çempionatı – 10-12 may (Serbiya, Belqrad);
- Triatlon üzrə dünya çempionatı seriyası – 11 may (Yaponiya, Yokohama);
- MMA üzrə böyüklər arasında Avropa çempionatı – 12-20 may (Slovakiya);
- Para-atletika üzrə dünya çempionatı – 12-26 may (Yaponiya).

İdman.biz

Məqalədə: