ASAPES yeni layihəsi ilə ilkə imza atır

Xəbərlər
30 Aprel 2024 18:06
82
ASAPES yeni layihəsi ilə ilkə imza atır

Son dövrlərdə türk dövlətləri arasında birliyin güclənməsi bu ölkələr arasında təhsil əlaqələrinin də inkişafını zəruri edir.

İdman.biz xəbər verir ki, bu baxımdan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) bir ilkə imza ataraq türk dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlığa töhfə məqsədilə “Mergen” təqaüd proqramı elan edib.

Türklərin müdriklik tanrısının adını daşıyan “Mergen” təqaüd proqramı türk dövlətləri arasında ortaq şəxsiyyət şüuruna malik vətəndaşların yetişdirilməsi məqsədini daşıyır. “Mergen” təqaüd proqramı Türk Dövlətləri Təşkilatına (TDT) üzv (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi (Macarıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan) dövlətlərin vətəndaşları üçün ASAPES-in magistratura səviyyəsi üzrə təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Təqaüd proqramı çərçivəsində 2024-2025, 2025-2026, 2026-2027-ci tədris illəri ərzində TDT-yə üzv və müşahidəçi dövlətlərdən hər il ümumilikdə 5 əcnəbi tələbənin qəbul edilməsi gözlənilir. Namizədlər idman məşqçiliyi, menecment və jurnalistika ixtisaslaşma sahələri üzrə ASAPES-də təhsil ala bilərlər.

İnanırıq ki, bu təqaüd proqramı məhz türk dünyası ölkələrində pilot layihə olaraq digər ali təhsil müəssisələrinə nümunə olacaq və gələcəkdə belə təqaüd proqramlarının artmasına, hətta türk dünyası ölkələrinə yayılmaqla digər fərqli profilə məxsus universitetləri də əhatə edəcək.

İdman.biz