Tarixdə ilk uğur - FOTO

Xəbərlər
28 Aprel 2024 21:30
225
Tarixdə ilk uğur - FOTO

Şərqi Avropa Bilyard Şurasının təṣkilatçılığı ilə Gürcüstanda "Pool-9" intizamı üzrə "Tbilisi Open" beynəlxalq turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi tarixi uğura imza atıb.

İdmançımız Orxan Qubatov gümüş medal qazanmaqla bu uğura nail olub. Bu, ölkəmizin tarixində bilyardın "Pool" intizamı üzrə ilk böyük nəticədir.

Qeyd edək ki, turnirdə 10 ölkədən 59 idmançı mübarizə aparıb.

İdman.biz