ACES baş katibi: “Bakı idman şəhəri kimi tanınır, namizədliyin qəbulu üçün hər şərait mövcuddur”

Xəbərlər
21 Aprel 2024 18:23
83
ACES baş katibi: “Bakı idman şəhəri kimi tanınır, namizədliyin qəbulu üçün hər şərait mövcuddur”

“Bakını ilk dəfə 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi etdiyi dönəmdən tanıyıram”.

İdman.biz xəbər verir ki, bunu Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Hüqo Alonso "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında bildirib.

Qurum rəsmisi bildirib ki, Bakı dünyanın idman paytaxtı olmağa tam hazır vəziyyətdədir: “Bunun bir çox səbəbləri var və bu mənim şəxsi fikrimdir. Paytaxtınız idman şəhəri kimi tanınır, namizədliyin qəbulu üçün hər şərait mövcuddur. Kateqoriyaların hər biri 100 ballıq şkala ilə qiymətləndirir. Bakı idman paytaxtı kimi təsdiqlənmək üçün ən azı 80-dən artıq bal yığmalıdır. Həftə ərzində qiymətləndirmələr olacaq və bundan sonra Bakının idman paytaxtı seçilib-seçilməyəcəyi ilə bağlı suala cavab tapacağıq”.

Banuçiçək Hüseynli
İdman.biz