Azərbaycanlı aparıcı samuraya silah çəkdi - VİDEO

Xəbərlər
16 Aprel 2024 10:52
Azərbaycanlı aparıcı samuraya silah çəkdi - VİDEO

İdman.biz TV-nin "Ulduzlu İdman" layihəsinin növbəti buraxılışı yayımlanıb.

Bu dəfə tanınmış aparıcı Zümrüd Bədəlovanın qonağı ciu-citsu federasiyanın vitse-prezidenti (2007-2022), Azərbaycanın əməkdar məşqçisi, “Samuray” döyüş klubunun rəhbəri, Dünya Ciu-Citsu Federasiyanın Azərbaycanda rəsmi nümayəndəsi, 6-cı dan qara kəmər sahibi, aktyor Əli Cəfərov olub.

Veriliş ciu-citsuya həsr olunub. Həmçinin qonaq samuraylardan və özünü müdafiədən danışıb, fəndləri nümayiş etdirib.

Videolayihəni təqdim edirik.

İdman.biz