Avropa Oyunları İstanbulda keçiriləcək

27 Mart 2024 13:20
500
Avropa Oyunları İstanbulda keçiriləcək

2027-ci ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək şəhər müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı Avropa Olimpiya Komitəsi verib.

4-cü dəfə təşkil olunacaq multiidman yarışı Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Qeyd edək ki, 2015-ci ildə Bakı, 2019-cu ildə Minsk, 2023-cü ildə Krakov Avropa Oyunlarına ev sahibliyi edib.

İdman.biz