Fərid Qayıbov fərqlənən idmançılarla görüşüb - FOTO

Xəbərlər
11 Mart 2024 20:08
166
Fərid Qayıbov fərqlənən idmançılarla görüşüb - FOTO

Martın 11-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, nazir ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ağırlıqqaldırma, bədii gimnastika, kişi idman gimnastikası, tamblinq, MMA, cüdo, güllə atıcılığı, stend atıcılığı, sumo, karate, para-atletika, paracüdo, parataekvondo, savat və prokombat, taekvondo, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

İdman.biz