Şəhid və qazi övladları üçün master-klas təşkil olunub

Xəbərlər
4 Mart 2024 22:19
145
Şəhid və qazi övladları üçün master-klas təşkil olunub

"İdman həftəsi" çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən bu gün şəhid və qazi övladları üçün buz üzərində əyləncəli master-klas təşkil olunub.

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında keçirilən master-klasda 8-12 yaş arası, ümumilikdə 30-dək uşaqlar iştirak ediblər.

Onlar öz bacarıqlarını buz üzərində konkisürmə və digər aktiv fəaliyyətlərdə sınayıblar.

İdman.biz