Milli Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

Xəbərlər
28 Fevral 2024 15:19
599
Milli Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

Uşu üzrə Azərbaycan milli komandaları Rusiyada “Moskva uşu ulduzları” yarışında iştirak edəcək.

Federasiyadan İdman.bizə verilən məlumata görə, yığma yarışda 10 idmançı ilə təmsil olunacaq.

Yeniyetmələrin yarışında Azad Hümbətov (42 kq), Xəyal İbrahimov (44 kq), Hüseyn Məhəmmədov (45 kq), Hümbət Mustafayev, Süleyman Kazımlı (hər ikisi 48 kq), Raul Həsənzadə (56 kq), Ruqəyyə Azərpur (52 kq), Fatimə Azərpur (65 kq), gənclərdə Yusif Azadi (52 kq) mübarizə aparacaq.

Böyüklər arasında isə 6 qat Avropa çempionu Elçin Eminov qüvvəsini sınayacaq.

Komandaya gənclərdən ibarət millinin baş məşqçisi Eminov və məşqçi Fəxri Namazlı rəhbərlik edəcək.

Qeyd edək ki, turnir mayın 3-5-də İsveçin paytaxtı Stokholmda keçiriləcək Avropa çempionatı və iyunun 14-17-də Rusiyanın Kazan şəhərində baş tutacaq beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.

Emin Ağa
İdman.biz