İdman bürcü - Astroloji PROQNOZ: 26 yanvar - 3 mart

Təxminlər
25 Fevral 2024 09:40
938
İdman bürcü - Astroloji PROQNOZ: 26 yanvar - 3 mart

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç (21 mart - 20 aprel)
Hadisələrlə zəngin həftə gözlənilir. İşgüzar və peşəkar sahədə uğurlar vəd edilir. Tərəfdaşlar və ya həmkarlarla birgə işləmək zövqünüzü oxşayacaq. Maliyyə durumunuz yaxşılaşacaq. Lakin sağlamlığa həmişəkindən daha çox diqqət yetirməlisiniz. Romantik anlar yaşayacaqsınız. Həftəsonu ürəyinizcə olacaq. Xoş sürprizlər alacaqsınız. Güləş, həndbol, cüdo, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Buğa (21 aprel - 20 may)
Həftənin ilk yarısı bir neçə sürprizlərlə qarşılaşacaqsınız. Özünüzü sübut etmək üçün imkanlar yaranacaq. İşgüzar sahədə mükafatlar gözləniləndir. Həftəsonuna qədər romantik görüşlərə hazır olun. Bir qədər rahat həftə olacaq. İş yoldaşlarınızla, həmçinin ailə münasibətlərində narazılıq yaradacaq anlar yaşana bilər. Sağlamlığınız kifayət qədər sabit olacaq və pul gəlirlərinizin artacağı gözlənilir. Gimnast, karate, sambo, voleybol və güləşçilər xoş müjdələr alacaq.

Əkizlər (21 may - 20 iyun)
Həftə boyu çoxsaylı səfərlər vəd edilir. Heç bir dəvətdən imtina etməyin, pul mükafatları, yeni müqavilələr və perspektivlər, karyera və ya vəzifə ilə bağlı maraqlı təkliflər gözlənilir. Hər hansısa işə başlayarkən yüksək əhval-ruhiyyəyə köklənin. Bu halda müsbət nəticələr əldə edəcəksiniz. Sağlamlığınız stabil olacaq, lakin həftə sonu xəsarət, qəza və infeksiya riskləri yüksəkdir. Avarçəkmə, qaçış, qılıncoynatma, velosiped və atıcılıq idmanında nailiyyətləriniz qaçılmazdır.

Xərçəng (21 iyun – 22 iyul)
Həftənin başlanğıcında romantik münasibətlər yaranacaq, lakin bu müsbət sonluqla bitməyə bilər. Yaxınlarınızla təmasları minimuma endirmək tövsiyə olunur. Bu, arzuolunmaz münaqişələrə, əsəbiliyə gətirib çıxara bilər. Həftə sonu unudulmaz hadisələrlə yadda qalacaq. Gözləmədiyiniz anda ağlınıza belə gəlməyəcək şəxsin yardımını hiss edəcəksiniz. Sağlamlığınıza son dərəcə diqqət yetirin. Güləş, atletika, tennis, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Şir (23 iyul - 22 avqust)
Həftə tamamilə qeyri-müəyyən hadisələrlə yaddaqalan olacaq. Bu səbəbdən bütün vacib işlərinizi həftənin ilk yarısında etmək tövsiyə olunur. Şəxsi məsələlərdə diqqətli olun. Həftənin ikinci hissəsi, xüsusən də həftəsonu işgüzar və maliyyə sahəsində ciddi və kobud səhvlərə yol vermək riski görünür. Büdcənizi tarazlaşdırmağa çalışın. Futbol, həndbol, karate, şahmat və güləş idman növlərində güclərini sınayanları bol-bol uğurlar gözləyir.

Qız (23 avqust - 22 sentyabr)
Büdcə məsələlərinə daha çox vaxt ayırmalı olacaqsınız. Bir çoxlarınız imicinizi dəyişdirməyə qərar verəcək. Sağlamlığınız kifayət qədər sabit olacaq. Sevdiyiniz insan tərəfindən hədiyyələr alacağınız gözləniləndir. Evliliyə səbəb ola biləcək ciddi tanışlıqlar üçün bol şanslar yaranacaq. Yaxınlarınızla münasibətdə təmkinli olmağınız məsləhətdir. Səhayət üçün əlverişli həftədir. Gimnastika, stolüstü tennis, həndbol, basketbol və voleybol, növlərində uğurlar gözlənilir.

Tərəzi (23 sentyabr - 22 oktyabr)
İllərdən bəri küsülü qaldığınız insanla münasibətləriniz normallaşacaq. Bu, hər iki tərəf üçün fayda gətirəcək. Nüfuzunuzu bərpa etmək üçün əlverişli şərait yaranacaq. Həftənin ikinci yarısında şəxsi məsələlərdə irəliləyişlər vəd olunur. Təmkinli olmağa çalışın. Bu zaman gözləntiləriniz özünü doğruldacaq. Maliyyə durumunuzda yüksəlişlər gözlənilir. Üzgüçülük, şahmat, aykido, futbol və basketbolda yüksək nailiyyətlər vəd olunur.

Əqrəb (23 oktyabr - 21 noyabr)
Həftə ərzində həyəcanlı anlar yaşayacaqsınız. Qarşıdurma və münaqişələrdən qaçmaq tövsiyə olunur. Martın ilk günlərində alış-veriş və digər xərcləri təxirə salmaq məsləhətdir. Sizdən yardım gözləyən insanlara vədlər verməyin, əlavə öhdəliklərdən yayının. Eyni durum romantik münasibətlərə də aiddir. Həftənin ikinci yarısında səhhətinizlə bağlı xoşagəlməz məqamlar ola bilər. Həndbol, güləş, voleybol, qılıncoynatma və futzal idman növlərində uğurlar gözlənilir.

Oxatan (22 noyabr - 21 dekabr)
Kifayət qədər firavan həftə olacaq. Həm maddi, həm də mənəvi baxımdan uğurlu günlər yaşayacaqsınız. Maliyyə durumunuzda artım müşahidə olunacaq. Yaxınlarınıza güvənin, onların yardımı olmadan istəklərinizi həyata keçirilə bilməyəcəksiniz. Tərəfdaşlarınızla münasibətlərdə diqqətli olun. Müsbətə doğru gözlənilməz hadisələrlə qarşılaşa bilərsiniz. Şahmat, boks, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Oğlaq (22 dekabr - 19 yanvar)
Həftə çox uğurlu başlayacaq, eyni zamanda kifayət qədər riskli bir sonluq gözlənilir. Perspektiv tanışlıqlar rifah, maddi sərvət vəd edir. Valideynlərinizin ziyarətinə getməyiniz məsləhətdir. Həftə ərzində sağlamlığınıza diqqət yetirmək lazım gələcək. İşgüzar fəaliyyətdə riskə getməyə dəyər, yalnız uğurlar vəd olunur. Rəhbərlik tərəfindən yeni təkliflər alacaqsınız. Həftəsonu karate, güləş və gimnastika ilə məşğul olanları xoş müjdələr gözləyir.

Dolça (20 Yanvar - 18 Fevral)
Bu həftə sosial rifahınızı yaxşılaşdırmaq üçün çoxlu şanslar və fürsətlər gözlənilir. Gəlirinizin artması bir çox lahiyələrinizin gerçəkləşməsinə imkan verəcək. Sağlamlığınız kifayət qədər sabit olacaq. Yeni tanışlıqlar gələcək perspektiviniz üçün stimul verəcək. Maksimum bundan yararlanmalısınız. Bacardığınız qədər sizdən yardım umanlara köməklik göstərməlisiniz. Əliaçıqlığınız digər məsələlərin çözümünə zəmin yaradacaq. Basketbol, sambo, tennis və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Balıqlar (19 fevral - 20 mart)
Maliyyə sabitliyi baxımından əla həftə olacaq. Daxili enerjiniz pik həddə çatacaq. Həftəsonu kiçik problemlərlə üzləşmək ehtimalı var. Sosial aktivliyiniz çətinlikləri arxada qoyacaq. İşgüzar fəaliyyətinizdə uğurlar əldə edəcəksiniz. Əhval-ruhiyyəniz yüksək olacaq. Romantik macəralar yaşayacaqsınız. Qarşı tərəfin davranışları ürəyinizcə olacaq. Gizlinlərinizi hər kəsə açmayın, yanıla bilərsiniz. Güləş, qaçış, at sürmə, badminton və üzgüçülük növlərində bol şanslar vəd olunur.

İdman.biz