İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
20 Fevral 2024 14:05
104
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, fevralın 19-25-də müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Alpinizm üzrə Rasim Cəfərovun xatirəsinə həsr olunmuş "Azərbaycan dağçısı" modulu - 22 yanvar – 22 mart (Bakı)
Alpinizm üzrə Rusiya açıq çempionatı (boulderinq, sürət, çətinlik) - 31 yanvar – 7 aprel (Rusiya, Moskva);
Boks üzrə gənc qızlar arasında "Adriatic Pearl" dünya kuboku - 6–19 fevral (Monteneqro);
Ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatı (Paris-2024 Olimpiya Oyunlarına lisenziya yarışı) - 12-20 fevral (Bolqarıstan, Sofiya);
Boks üzrə yeniyetmələr və gənclər arasında "Dracula Open" yarışı - 14–22 fevral (Rumıniya, Arad);
Güllə atıcılığı üzrə "İSAS 2024" beynəlxalq turniri - 16–24 fevral (Almaniya, Dortmund);
Kamandan oxatma üzrə örtülü salonda Avropa çempionatı - 18-24 fevral (Xorvatiya, Varazdin);
Badminton üzrə "Uganda İnternational 2024" yarışı - 21-25 fevral (Uqanda, Kampala);
Stolüstü tennis üzrə yeniyetmələr arasında "Europe Youth Series" - 21-25 fevral (Xorvatiya, Osiek);
Taekvondo üzrə klublararası Asiya çempionatı – 21-22 fevral (İran, Tehran)
Qılıncoynatmanın sablya növü üzrə yeniyetmə, gənc oğlanlar və qızlar arasında, şpaqa növü üzrə yeniyetmə oğlanlar, qızlar və gənc qızlar arasında Avropa çempionatı - 22-29 fevral (İtaliya, Napoli)
Stend atıcılığı üzrə "Amir" kuboku - 22-29 fevral (Qətər, Doha);
KWU-WFKF üzrə "Senshi Camp" - 22-25 fevral (Bolqarıstan, Varna);
Qadın idman gimnastikası üzrə dünya kuboku - 22-25 fevral (Almaniya, Cottbus);
WKF üzrə gənclərin Liqa Turniri - 22-25 fevral (Birləşmiş Ərəb Əmirlikləri, Fujairah);
Basketbol üzrə "2027 FİBA" dünya kubokunun ilkin təsnifat oyunları (Azərbaycan-İsveçrə) - 22 fevral (İsveçrə);
Qılıncoynatmanın şpaqa növü üzrə kişilər arasında dünya kuboku - 22 fevral (Almaniya, Heidenheim);
Triatlon üzrə yeniyetmələrin Afrika kuboku - 23-24 fevral (Misir, Şarm Əl-Şeyx);
Güllə atıcılığı üzrə Avropa çempionatı - 24 fevral – 3 mart (Macarıstan, Dyor);
Cüdo üzrə kişilər və qadınlar arasında Açıq Avropa turniri - 24-25 fevral (Polşa, Varşava);
Taekvondo üzrə Açıq Soleveniya turniri - 24–25 fevral (Sloveniya, Lyublyana);
Atletika üzrə "Madrid 2024" Qış Dünya Turu (qızıl səviyyə) - 23 fevral (İspaniya, Madrid);
MMA üzrə Rizin yarışı - 24 fevral (Yaponiya, Tokio);
"Tour of Alanya" beynəlxalq velosiped yarışı - şose (Elit/U23) (UCİ 1.2) - 25 fevral (Türkiyə).

İdman.biz

Məqalədə: