İdman bürcü - Astroloji PROQNOZ: 19-25 fevral

Təxminlər
18 Fevral 2024 11:06
İdman bürcü - Astroloji PROQNOZ: 19-25 fevral

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç (21 mart - 20 aprel)
Həftənin necə keçəcəyi birbaşa əhval-ruhiyyənizdən və motivasiyanızdan asılı olacaq. Rəqiblərinizi üstələmək üçün əlverişli şərait yaranacaq. Tələskənliyiniz planlarınızı alt-üst edə bilər. Fevralın 23-də xüsusilə, ehtiyatlı olun. Maliyyə durumunuz atacağınız addımdan asılı olacaq. Futbol, həndbol, karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Buğa (21 aprel - 20 may)
Bu həftə çətinliklər və qeyri-müəyyən qərarlar dövrü olacaq. Ani vəsvəsələrə təslim olmamaq məsləhət görülür. Keçmiş səhvlərin təkrarlanması acı nəticələrə səbəb ola bilər. Buna görə də rifahınızın yüksəlməsi üçün səylərinizi gücləndirməlisiniz. Yaxınlarınızın məsləhətlərinə ehtiyac duyacaqsınız. Çərşənbə günü cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Əkizlər (21 may - 20 iyun)
Həftənin düşərli olmasını elə ilk gündən hiss edəcəksiniz. Əlinizə gələn külli miqdarda vəsait planlarınızı gerçəkləşdirməyə kömək olacaq. Bunun üçün göstərəcəyiniz əzmkarlıq sizi ümidləndirəcək. İşlərinizin yaxşı getdiyini görsəniz belə, ehtiyatı əldən verməyin. Həftəiçi səfərlər istisna edilmir. Bundan imtina etməməyiniz məsləhətdir. Üzgüçülük, güləş, qaçış, at sürmə növlərində bol şanslar vəd olunur.

Xərçəng (21 iyun - 22 iyul)
Maliyyə baxımından uğuru həftədir. Səhhətinizə diqqət yetirin. Həftənin ikinci yarısı çətinliklərlə üzləmək ehtimalı var. Lakin buna görə narahat olmağa dəyməz. Bir qədər səbirli olsanız, hər şeyi yoluna qoyacaqsınız. Yeni tanışlıqlar gözlənilir. Həftənin çərşənbə axşamı xoş müjdələr alacaqsınız. Tennis, həndbol, basketbol, sambo və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Şir (23 iyul - 22 avqust)
Sevgi baxımından bəxtiniz gətirəcək. Çalışın tərəf müqabilinin fikirlərinə hörmətlə yanaşın. Müsbətə doğru dəyişikliklər gözlənilir. İşinizlə bağlı məsələləri arxa palana keçirməyin. Bu həftə çox çalışmalı və çox pul xərcləməlisiniz. Ətrafdakılarla münasibətlərinizi nizama salmağın vaxtı çatıb. Avarçəkmə, cüdo, güləş, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Qız (23 avqust - 22 sentyabr)
Həftənin ortalarında maliyyə və karyera sahəsində gözlənilməz və xoşagəlməz xəbərlər almaq ehtimalı böyükdür. Tələsik qərarlar verməyin. Nəticə etibarı ilə nələrin baş verəcəyini zaman göstərəcək. Valideynlərinizi ziyarət edin, onların verəcəyi məsləhətlərdən faydalana bilərsiniz. Karate, güləş, gimnastika və cüdo ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Tərəzi (23 sentyabr - 22 oktyabr)
Gəlirlərinizi artırmaq üçün konkret addımlar atmağınız vacibdir. Bunun xəyal deyil, tam əksinə, real olduğuna inanmalısınız. Fikrinizi bir nöqtəyə cəmləşdirsəniz, görəcəyiniz işlər öz bəhrəsini verəcək. Bütün bunlarla yanaşı, işə son dərəcə diqqət yetirməli, lazımsız xərclərdən imtina etməlisiniz. Mənfi dəyişikliklər riski çox yüksəkdir. Həndbol, stolüstü tennis, basketbol və voleybol növlərində uğurlar gözlənilir.

Əqrəb (23 oktyabr - 21 noyabr)
Enerji balansını qorumaq üçün istirahətinizə və sağlamlığınıza diqqət yetirməyiniz məsləhət görülür. İşdə karyeranızın yüksələn xətt üzrə inkişafından arxayınlaşmayın. Diqqətli və səbirli olmağı tələb edəcək gözlənilməz maneələrlə qarşılaşa bilərsiniz. Qaçış, qılıncoynatma, velosiped, avarçəkmə, voleybol və atıcılıq idmanında nailiyyətlər olacaq.

Oxatan (22 noyabr - 21 dekabr)
Fəaliyyətinizin tempini aşağı salmaq üçün vaxt ayırmalısınız. Bu, enerjinizi qorumağa kömək edəcək. Həftənin əvvəlində müəyyən qədər pul ayıraraq kənara qoymağınız tövsiyə olunur. Böyük xərclərə səbəb olacaq gözlənilməz dəyişikliklər mümkündür. Buna baxmayaraq, samboçular, gimnastlar, karateçilər və güləşçilər xoş müjdələr alacaq.

Oğlaq (22 dekabr - 19 yanvar)
Həftəboyu daha diqqətli olmaq və şübhəli işlərə qarışmamaq məsləhət görülür. Etibarsız insanlardan uzaq durun. Sənədləşmə işlərində daha gözüaçıq olun. Aldanmaq ehtimalı yüksəkdir. Bu, karyeranızla bağlı çox ciddi fəsadlara yol aça bilər. Şahmat, boks, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Dolça (20 yanvar - 18 fevral)
Daha çox özünüzə inam tələb olunur. Yaxınlarınıza çox da etibar etməməli, təmkinli davranmalısınız. Lakin əbəs yerə narahat olmağa dəyməz. Maliyyə sferasında sabitlik sosial əlaqələrinizi gücləndirəcək. Həftə ərzində istirahətinizə çox vaxt ayıra bilərsiniz. Həndbol, güləş, voleybol və futzal idman növlərində uğurlar vəd olunur.

Balıq (19 fevral - 20 mart)
Həftə bol şanslarla yadda qalacaq. Şəxsi büdcənizə qənaət etmək üçün xüsusi tədbirlər görməyiniz tələb olunur. Karyera yüksəlişi, hədəfə çatmaq və s. nüanslar öz axarında gedəcək. Yetər ki, səbirsizlik etməyəsiniz. Dəvət alacağınız tədbirlərdən imtina etməyin. Basketbol, aykido, futbol, üzgüçülük, şahmatda nailiyyətlər gözləniləndir.

İdman.biz