SOCAR və GİN-in əməkdaşları ilk “üçlük”də - FOTO

Xəbərlər
17 Fevral 2024 23:03
153
SOCAR və GİN-in əməkdaşları ilk “üçlük”də - FOTO

Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışına start verilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən, iki gün davam edəcək yarışda 28 dövlət qurumundan 60 əməkdaş (4 qadın, 56 kişi) iştirak edir.

Yarışda qadınlar bilyardın “Pool-8” növündə mübarizə aparıblar. Yekun nəticələrə görə SOCAR-ın əməkdaşı Fatimə Quliyeva birinci olub. Gənclər və İdman Nazirliyinin (GİN) əməkdaşı Qumru Məmmədova ikinci, Nailə Xanlarova (GİN) və İlahə Hacıyeva (SOCAR) yarışı üçüncü pillədə başa vurublar.

Kişilər isə bilyardın "Qarışıq piramida” növündə yarışırlar.

Sabah kişilər yarımfinal və final mərhələsində mübarizə aparacaqlar. Finala keçə bilməyən yarımfinalçılar isə bürünc medallarla mükafatlandırılacaqlar.

İdman.biz