Ümumdünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə Türkiyənin Samsun şəhərində ilk dəfə beynəlxalq hakimlik kursu keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kapoeyra Federasiyası məlumat yayıb.
Bildirilib ki, kursa AKF-nin vitse-prezidenti Elgiz Əlizadə rəhbərlik edib.
Bildirilib ki, WCF tərəfindən Elgiz Əlizadənin kurs və seminarların rəhbəri təyin edilməsi onun beynəlxalq səviyyədə peşəkarlığına və təcrübəsinə göstərilən yüksək etimadın göstəricisidir. Bu təyinat Azərbaycan kapoeyrasının beynəlxalq səviyyədə tanınması və ölkəmizin WCF daxilində rolunun daha da güclənməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, kursda müxtəlif ölkələrdən olan nümayəndələr iştirak ediblər. Kurs çərçivəsində beynəlxalq hakimlik sistemi, yarış qaydaları və qiymətləndirmə meyarları üzrə nəzəri və praktiki təlimlər keçirilib.
