Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə altı medal qazanıblar - FOTO

31 Avqust 2026 15:44
131
Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə altı medal qazanıblar - FOTO

Türkiyənin Samsun şəhərində keçirilən kapoeyra üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları dörd qızıl, iki gümüş medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Fərid Səlimov, Şamxal Hüseynov, Raul Hüseynov və Bəhlul Nadirov qızıl, Davud Əli və Sübhan Rəhimzadə isə gümüş mükafata sahib çıxıblar.

İdman.Biz