Azərbaycanlı qrapplinqçi Aqşin Babayev İstanbulda keçirilən ACBJJ turnirində Türkiyə idmançısı Yunus Emre Batanı xal hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, görüş boyunca təşəbbüsü əldən verməyən Babayev texniki baxımdan daha dəqiq təsir bağışlayıb. O, rəqibinin hücum cəhdlərinin qarşısını alaraq xal üstünlüyünü qorumağı bacarıb.
Qarşılaşmanın sonunda hakimlərin hesablamasına əsasən Aqşin Babayev qalib elan olunub.
Qeyd edək ki, ACBJJ turnirlərində idmançılar qrapplinq və ciyu-citsu qaydaları üzrə mübarizə aparırlar. Qarşılaşmalarda rəqibi təslim etməklə yanaşı, texniki fəndlər və mövqe üstünlüyünə görə toplanan xallar da nəticənin müəyyənləşməsində əsas rol oynayır.
