Bakıda “Baku SUP Turniri” keçiriləcək

19 Avqust 2026 20:04
97
Bakıda “Baku SUP Turniri” keçiriləcək

Bakıda avqustun 22-də “Baku SUP Turniri” keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Turnir Şıxov çimərliyində, Veloparkla üzbəüz ərazidə keçiriləcək. Yarışda SUP Board üzrə bacarıqları olan gənclər iştirak edə bilərlər.

Turnirin əsas məqsədi gənclər arasında SUP idman növünü daha geniş təbliğ etmək, bu sahəyə marağı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

İdman.Biz