İdman Akademiyasında ingilis dili balı tələbi olan iki ixtisas açıqlandı - FOTO

11 Avqust 2026 17:38
126
İdman Akademiyasında ingilis dili balı tələbi olan iki ixtisas açıqlandı

Azərbaycan İdman Akademiyasının bakalavr təhsil səviyyəsi üzrə tədrisi ingilis dilində aparılan iki ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi elan edilib.

İdman.Biz xəbər verir ki, müsahibə “Məşqçilik” və “İdman menecmenti və kommunikasiya” ixtisaslarının ingilis dili bölməsi üzrə keçiriləcək.

Bildirilib ki, “Məşqçilik” ixtisası üzrə ingilis dili balı 40-dan az olmayan, “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə isə 70-dən az olmayan abituriyentlər müsahibə mərhələsində iştirak edə bilərlər.

Müsahibədən uğurla keçən abituriyentlər həmin ixtisaslar üzrə ixtisas seçimində iştirak edə biləcəklər.

Müsahibə mərhələsi 12-17 avqust tarixlərində, saat 09:30-dan 17:00-dək Azərbaycan İdman Akademiyasında keçiriləcək.

Namizədlər Fətəli xan Xoyski küçəsi 98 ünvanında yerləşən Azərbaycan İdman Akademiyasının Konfrans zalına yaxınlaşmalıdırlar.

İdman.Biz