Azərbaycan 51 turnirə ev sahibliyi edəcək - SİYAHI

Xəbərlər
17 Yanvar 2024 12:12
514
Azərbaycan 51 turnirə ev sahibliyi edəcək - SİYAHI

2024-cü ildə Azərbaycanda keçiriləcək beynəlxalq turnirlərin siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bu il ölkəmiz 51 müxtəlif turnirə ev sahibliyi edəcək. İlk belə yarış fevralın 7-11-də keçiriləcək. Badminton üzrə beynəlxalq yarış Bakı İdman Sarayında təşkil olunacaq.

İlin son yarışı da paytaxtda keçiriləcək. Sərbəst və yunan-Roma güləşi üzrə U-15 və U-17 arasında Təhsil turniri baş tutacaq.

İdman.biz

Məqalədə: