Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitələri (AOK) və İstanbul-2027 Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına start verilib.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Bildirilib ki, İstanbulda keçirilən seminarda Azərbaycanı MOK-un Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edir.
Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri üçün Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri ilə bağlı təqdimatlar keçiriləcək.
Bununla yanaşı, iştirakçılar yarış obyektləri və idmançı kəndləri ilə tanış olacaqlar.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.
