Azərbaycan və Türkmənistan arasında idman sahəsində əməkdaşlıq memorandumu mübadilə olunub

22 İyun 2026 14:18
102
Azərbaycan və Türkmənistan arasında idman sahəsində əməkdaşlıq memorandumu mübadilə olunub

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzaladılar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov mübadilə etdilər.

İdman.Biz