Fransanın PSJ klubunun müdafiəçisi və Mərakeş futbol millisinin kapitanı Əşrəf Hakimi ona qarşı irəli sürülən təcavüz ittihamı üzrə məhkəmə prosesinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Versal Apellyasiya Məhkəməsi 2023-cü ilin fevralında irəli sürülən ittihamlarla bağlı işin məhkəməyə göndərilməsi üçün kifayət qədər əsas olduğunu təsdiqləyib. Hakimi isə ittihamları rədd edir.
“Ədalət mənim gözlərimin içinə baxıb dedi: “Əgər məşhur olmasaydın, bu iş heç vaxt olmazdı”. İllərdir susurdum. Ləyaqəti qorumağın, səbirli olmağın və ədalət sisteminə inanmağın düzgün qərarlara yol açacağını düşünürdüm. Bu gün ailəm, həyatım və hər şeydən əvvəl həqiqət hesabına mənə aid olmayan bir hekayə danışılır. Bəzən özümü asan hədəfə çevrilmiş kimi hiss edirəm. Bu məhkəmə prosesini ilk gündən gözləyirdim. İndi də səbirsizliklə gözləyirəm. Nəhayət, danışa biləcəyəm”, - deyə futbolçu bildirib.
Hakiminin vəkilləri daha əvvəl futbolçunun özünü müdafiə etmək üçün məhkəmə araşdırmasında maraqlı olduğunu açıqlayıblar. Onlar müdafiəçinin ittihamları qəbul etmədiyini vurğulayıblar.
Hazırda Əşrəf Hakimi Mərakeş millisinin düşərgəsindədir. O, DÇ-2026-nın qrup mərhələsində 25 iyunda Haiti ilə keçiriləcək oyuna hazırlaşır.
