Neymar üç ildə dördüncü dəfə qız atası olacaq - VİDEO

16 İyun 2026 15:29
89
Neymar üç ildə dördüncü dəfə qız atası olacaq - VİDEO

Braziliyalı futbolçu Neymar da Silva Santos Junior beşinci dəfə ata olmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, 34 yaşlı hücumçu və sevgilisi Bruna Biankardi sosial şəbəkədə paylaşdıqları gender-parti videosu ilə körpələrinin cinsiyyətini açıqlayıblar.

Ailə üzvlərinin iştirak etdiyi mərasimdə çəhrayı rəngin ortaya çıxması cütlüyün yenidən qız övladı gözlədiyini göstərib. Bu, Neymar və Bruna Biankardinin üçüncü birgə övladı olacaq.

Cütlüyün 2023-cü ildə Mavi, 2025-ci ildə isə Mel adlı qızları dünyaya gəlib. Neymarın həmçinin influenser Amanda Kimberlidən 2024-cü ildə doğulan Helena adlı qızı var.

Beləliklə, yeni körpə braziliyalı futbolçunun son üç il ərzində dünyaya gələn dördüncü qızı olacaq.

Neymar ilk dəfə 2011-ci ildə, 19 yaşında ata olub. Onun Karolina Dantasla münasibətindən Davi Lukka adlı oğlu dünyaya gəlib.

Yeni körpənin doğulmasından sonra futbolçunun övladlarının sayı beşə çatacaq.

İdman.Biz