İngiltərə futbol millisinin Dünya Çempionatı zamanı istifadə edəcəyi məşq bazasının yaxınlığında atışma baş verib.
İdman.Biz xəbər verir ki, hadisə ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində qeydə alınıb. Atışma nəticəsində doqquz nəfər xəsarət alıb. Yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.
Atışma İngiltərə millisinin Dünya Çempionatı üçün nəzərdə tutulan məşq bazası və otelinə yaxın ərazidə baş versə də, Tomas Tuxelin komandası həmin vaxt Kanzas-Sitidə olmayıb. Komanda hazırlığını Florida ştatında davam etdirib.
İngiltərə millisi Dünya Çempionatında mübarizəyə 17 iyunda Xorvatiya ilə oyunla başlayacaq. Komanda L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.
