“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nda yenilik

Xəbərlər
10 Yanvar 2024 11:27
318
“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nda yenilik

“Bu festivalın həyata keçirmək üçün yaratdığı şəraitə görə ölkə rəhbərliyinə təşəkkür edirik”.

İdman.biz xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin mətbuat konfransında festivalın baş prodüseri Arzu Qulamov deyib.

O bildirib ki, 2022-ci ildə də baş tutan festivalda 70 layihə ilə bağlı müraciət olub. Onlardan 40 layihə 4 nominasiya üzrə yer tutub: “Bu il bir yeniliyə imza atmışıq. “Oscar” sistemi tətbiq edərək, 5 nominasiyadan ikisi qadınlar arasında olacaq. Bunun da adı “Zərif qəhrəman” adlanacaq. Bizim əsas məqsədimiz festivalın məkanında həm televiziya kanallarını, federasiyaları və s. digər qurumların iştirak edərək öz idman növlərini təbliğ etməsidir. Şadam ki, bu ildən etibaran festivalımıza ictimai şirkətlərlə yanaşı, hətta özəl şirkətlərdə maraq göstərir. Dekabrın 5-dən start verdiyimiz festivala artıq 15-20 layihə təqdim edilib”.

Qeyd edək ki, festivalın informasiya dəstəkçiləri Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World, İdman.Biz, və AZTV, AZTV İdman, CBC SPORT, ARB, SPACE, Olympic.az, OlimpiyaDünyası və Sportsmandır.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: