2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik istiqamətində maarifləndirmə təşəbbüsü ilə tədbir keçirilib.
İdman.Biz bildirir ki, bu münasibətlə “Neftçi” klubunun futbolçuları – Emil Balayev, Edvin Kuç və Alessio Kurçinin iştirakı ilə autizmli gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna və cəmiyyətə inteqrasiyasına dəstək verən “Kashalata Cafe”də görüş təşkil olunub.
“Kashalata Cafe”də çalışan gənclərin fəaliyyəti ilə tanış olub onlarla ünsiyyət quran komanda üzvləri onlara xatirə hədiyyələri təqdim ediblər.
