Tanınmış idmançılarımız və məşqçilərimiz Yeni ili harada qarşılayacaqlarını açıqlayıblar - SORĞU

Xəbərlər
31 Dekabr 2023 12:00
279
Tanınmış idmançılarımız və məşqçilərimiz Yeni ili harada qarşılayacaqlarını açıqlayıblar - SORĞU

2023-cü ilin bitməsinə sayılı saatlar qalıb.

İdman.biz idman ictimaiyyətinin Yeni ili harada və necə qarşılayacağı ilə bağlı sorğu keçirib.

Onların bir çox Bakıda olacağı halda, bir neçəsi ölkə xaricinə üz tutub.

Şahin Diniyev (“Səbail”in baş məşqçisi): Yeni ili Bakıda yaxınlarım və ailəmlə keçirəcəm.

Ayşən Abdüləzimov (millinin və “Vaşaş”ın voleybolçusu): Bu gün Macarıstanda məşqim var. Hazırlıqdan sonra bayramı rəfiqələrimlə birlikdə qeyd edəcəm.

Həsrət Cəfərov (yunan-Roman güləşçisi): Goranboyda kəndimizdə - Qaradağlıda valideynlərimlə birgə qeyd edəcəm.

Raziyə Əliyeva (millinin və “Azərreyl”in voleybolçu): Yeni ili ailəmlə birlikdə Bakıda evdə keçirəcəyik.

Cesse Sekidika (“Sabah”ın futbolçusu): Bakıda ailəmlə qeyd edəcəm.

Hidayət Heydərov (cüdoçu): Yeni ili Moskvada qarşılayacam.

Elvin Camalov (“Sabah”ın futbolçusu): Qaxda ailəmlə birgə olacam.

Tahir Baxşıyev (basketbol üzrə millinin baş məşqçisi): Zaqatalada ailə üzvlərimlə qeyd edəcəm.

Sənan Süleymanov (yunan-Roma güləşçisi): Hər zaman olduğu kimi evdə ailə üzvlərimlə birgə keçirəcəm.

Rafiq Hüseynov (yunan-Roma güləşçisi): Ailəmlə birlikdə olacam.

İrina Zaretska (karateçi): Yeni ili Çernivtsidə dostlarımla birlikdə qarşılayacağıq.

Nicat Abasov (şahmatçı): Bakıdan kənarda ailə üzvlərimlə və dostlarımla birgə keçirəcəm.

Zelim Kotsoev (cüdoçu): Yeni ili ailəmlə birlikdə Osetiyada qeyd edəcəyəm.

Zöhrə Ağamirova (bədii gimnast): Ənənəvi olaraq evdə, ailəmlə qarşılayacam

Emmanuel Apeh (“Sabah”ın futbolçusu): 2023-cü ilə Parisdə ailəm və dostlarımla birgə vida edəcəyik.

Banuçiçək Hüseynli
İdman.biz