İdmançıların dünya reytinqi: Ronaldo Messini arxada qoyub

Xəbərlər
30 Dekabr 2023 10:28
1 466
İdmançıların dünya reytinqi: Ronaldo Messini arxada qoyub

İdmançıların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, bunu Böyük Britaniyanın SMM fəaliyyəti ilə məşğul olan “Hopper HQ” şirkəti müəyyənləşdirib.

1-ci yeri Portuqaliya millisinin və “Əl-Nəsr”in (Səudiyyə Ərəbistanı) hücumçusu Kriştiano Ronaldo tutub. Onun ən yaxın izləyicisi “İnter Mayami”nin (ABŞ) argentinalı ulduzu Lionel Messidir.

Hindistanlı kriketçi Virat Kohli dünyanın üçüncü idmançısı olub. O, Braziliya millisinin və “Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) hücumçusu Neymarı qabaqlayıb.

“Top-5”i basketbolçu qapayıb. “Los-Anceles Leykers”in (ABŞ) ulduzu Lebron Ceyms siyahıda 5-ci olub.

Qeyd edək ki, 1-ci yeri tutan Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda forma geyinir.

İdman.biz