İdmanda kütləvilik – ilin yarışları

Xəbərlər
29 Dekabr 2023 16:30
171
İdmanda kütləvilik – ilin yarışları

2023-cü ildə Azərbaycanda bir sıra kütləvi idman tədbirləri keçirilib.

Gənclər və İdman Nazirliyindən İdman.bizə verilən məlumata görə, açıq suda üzmə yarışı olan "Kürü keçək!”, qapalı məkanda üzmə yarışı olan “Birlikdə üzək”, Zəfər gününə həsr olunmuş III “Qələbə qaçışı”, “Küləyə qalib gəl” şüarı ilə keçirilən “Bakı Marafonu-2023” təşkil olunub.

Bunlarla yanaşı, Avropa İttifaqı ilə birlikdə Goranboyda “Be active” yarışları, "Unutma, YAŞAT!" minifutbol turniri, Qubada “İdman Festivalı 2023”, hazırda davam edən, dövlət qurumları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri sağlam həyat tərzinin təbliğinə, müxtəlif yaş qruplarından 10 minlərlə insanın idmanla məşğul olmasına şərait yaradıb.

İl ərzində ölkəmizin müxtəlif rayon və şəhərlərində yerləşən Olimpiya İdman Komplekslərində məktəblilər arasında “Üzməyi öyrənirik” təlimləri keçirilib.

İdman.biz

Məqalədə: