Azərbaycan idmanında ilin sürprizləri və ilkləri

Xəbərlər
29 Dekabr 2023 16:21
324
Azərbaycan idmanında ilin sürprizləri və ilkləri

2023-cü ildə Azərbaycan idmançılarının qazandığı uğurlar sırasında xoş sürprizlər və ilk dəfə əldə olunan nailiyyətlər açıqlanıb.

Gənclər və İdman Nazirliyindən İdman.bizə verilən məlumata görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasının istifadəyə verilməsi qış idman növlərinin inkişafı üçün Bakıda mühüm hadisə olub.

Xankəndi stadionu qısa müddətdə istifadəyə verilməsi ilə işğaldan azad edilmiş şəhərlərimizdə ilk idman qurğusu olub.

Cüdoçu Xədicə Qədəşovanın yeniyetmələr arasında dünya çempionu olması da idman tariximizə ilk hadisə olaraq yazılıb.

Şahmat üzrə Azərbaycanın qadınlardan ibarət komandasının Avropa çempionatının gümüş medalını qazanması da ilin ilkləri sırasındadır. Batut gimnastikası və tamblinq üzrə keçirilən 37-ci dünya çempionatında Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədov Azərbaycan gimnastika tarixində ilk dəfə tamblinq üzrə dünya çempionatında komanda hesabında qızıl medala layiq görülüb.

Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlüyümüz (Ağasif Rəhimov və Raziyə Seyidli) və kişi cütlüyümüz (Daniel Abbasov və Murad Rəfiyev) böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail olublar. Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıblar. Bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.

İdman.biz

Məqalədə: