Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadıldı

13 Mart 2026 15:53
124
Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadıldı

İş adamı Adnan Əhmədzadə ilə bağlı başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

İdman.Biz unikal.az-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də A.Əhmədzadə barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib. Adnan Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, “Barselona” klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə dünya futbol ulduzu ilə dostluq edir.

İdman.Biz