Azərbaycan idmançıları qrapplinq üzrə turnirdə qızıl medal qazanıblar - FOTO

20 Fevral 2026 17:42
45
Azərbaycan idmançıları qrapplinq üzrə turnirdə qızıl medal qazanıblar - FOTO

“Sərhədçi” Olimpiya İdman Kompleksində qrapplinq üzrə Avrasiya çempionatı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışda 30-dək ölkədən 700-ə yaxın idmançı iştirak edib.

Qrapplinq üzrə idmançılarımızdan Amid Adıgözəlli (42 kq), Fərhad Bağırov (60 kq), Fərid Babazadə (65 kq), Timur Simvol (66 kq), Əsəf Çopurov (70 kq), Marat Səfərov (76 kq), Elvin Abbasov (91 kq) və Tural Azayev (+91 kq) qızıl medal qazanıblar.

İdman.Biz