91 yaşlı fransalı marafonçu yeddinci dəfə ata olub

14 Fevral 2026 10:20
129
91 yaşlı fransalı marafonçu yeddinci dəfə ata olub

91 yaşlı fransalı marafonçu Pyer Sable yeddinci dəfə ata olub. İdmançının 39 yaşlı həyat yoldaşı Ayşanın dünyaya gətirdiyi qız övladına Luiza Mariya adı verilib.

İdman.Biz “L'Indépendant” nəşrinə istinadən məlumat verir ki, marafonçu Fransanın Şərqi Pireney bölgəsində yaxşı tanınır və ahıl yaşına baxmayaraq, qaçışla fəal şəkildə məşğul olmağa, fiziki formasını qorumağa davam edir.

Sable 1930-cu illərin ortalarında Mayennada anadan olub və müharibədən əvvəlki dövrü yaşayıb. Yaşının çox olmasına baxmayaraq, o, aktiv həyat tərzi sürür: mütəmadi məşq edir, güc və dözümlülük hərəkətləri yerinə yetirir, həmçinin ailəsi ilə birlikdə məhsul yetişdirdiyi torpaq sahəsində özü də çalışır. Onun sözlərinə görə, yaxşı fiziki forma özünü xeyli gənc hiss etməsinə imkan verir.

İdmançının həyat yoldaşı da təsdiqləyir ki, o, diqqətli ata və etibarlı həyat yoldaşı olaraq qalır. Fransalı özünü yaxşı hiss etməsinin sirrini isə ciddi rejimlə izah edir: alkoqoldan imtina edib, balanslı qidalanır və hər gün təxminən bir saatını dartınma hərəkətlərinə ayırır.

İdman.Biz