Doqquz yaşında inanılmaz rekord - VİDEO

13 Fevral 2026 18:25
109
Doqquz yaşında inanılmaz rekord - VİDEO

Polşadan olan Teodor Zajder Rubik kubunun həllində üç saniyəlik baryeri keçməyi bacarıb.

İdman.Biz xəbər verir ki, cəmi doqquz yaşı olan istedadlı uşaq bununla öz yaş kateqoriyasında böyük səs-küy yaradıb. Bu nəticə sürət yığımı üzrə nadir göstəricilərdən hesab olunur.

Bununla o, əvvəlki rekordun sahibi olan çinli Xuanyi Gengi geridə qoyub. Həmin göstərici 3,057 saniyə idi.

İdman.Biz