Dubayda “Barselona” imzası: katalon klubu daşınmaz əmlak bazarına girir

30 Yanvar 2026 12:03
126
Dubayda “Barselona” imzası: katalon klubu daşınmaz əmlak bazarına girir

İspaniyanın “Barselona” klubunun rəhbərliyi maliyyə vəziyyətini gücləndirmək üçün yeni kommersiya layihələri üzərində işləməyə davam edir.

İdman.Biz xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə, katalon klubu Dubayda “Barselona” brendi altında elit yaşayış kompleksi inşa edəcək. Layihə mini-şəhər konsepsiyasında nəzərdə tutulub. Kompleksə yaşayış binaları, ictimai zonalar, idman meydançaları və hovuzlar daxil olacaq.

Məlumata əsasən, “Barselona” bu layihə çərçivəsində lisenziya müqaviləsindən ildə 10 milyon avro (20 milyon AZN) gəlir əldə edəcək. Layihə uzunmüddətli xarakter daşıyır və klubun qlobal bazarda brend dəyərinin artırılmasına xidmət edəcək.

Qeyd olunur ki, bu təşəbbüs klub prezidenti Xuan Laportanın rəhbərliyi altında yeni bazar imkanlarının axtarışı və “Barselona”nın maliyyə dayanıqlığının yaxşılaşdırılması strategiyasının tərkib hissəsidir.

İdman.Biz