Bu gün 20 Yanvar hadisələrindən 36 il ötür.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, həmçinin nazirliyin strukturunda fəaliyyət göstərən qurumların nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların xatirəsini dərin hörmət və ehtiramla anıblar.
20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik iradəsinin və milli birliyinin əbədi rəmzidir.
