Məşhur döyüş ustalarından biri - əfsanəvi İp Manın tələbəsi, “Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku yenidən Bakıya gələcək.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Vinq Çun Federasiyasının və Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Arif Sayadov bu barədə məlumat verib.
O, Samuel Kvokunun paytaxtda təxminən 5-6 ölkənin iştirakı ilə təşkil olunacaq beynəlxalq seminara qatılacağını bildirib.
Seminarın may-iyun aylarında keçirilməsi planlaşdırılır.
