Fransanın motoyarış idmançısı Rafael Şolenin adı ölkə idman ictimaiyyətində faciəli hadisə ilə gündəmə gəlib. 21 yaşlı idmançı qumlu traslarda keçirilən Fransa çempionatının mərhələsi zamanı baş verən qəza nəticəsində həyatını itirib.
İdman.Biz xəbər “RMC Sport”a istinadla verir ki, hadisə Qreyan-Lopital kommunasında təşkil olunan yarış zamanı qeydə alınıb.
Şole əvvəlcə mürəkkəb bir hissədə motosikletdən yıxılıb, bundan sonra isə arxadan gələn digər iştirakçının motosikleti onu vurub.
Gənc idmançı dərhal helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rafael Şole Fransa qumlu tras yarışlarında perspektivli gənc idmançılardan biri hesab olunurdu və onun ölümü ölkə idman cameəsində dərin hüznlə qarşılanıb.
