WADA hipoksik maskaların istifadəsini qadağan etməyi planlaşdırır

Xəbərlər
2 Yanvar 2026 05:18
32
WADA hipoksik maskaların istifadəsini qadağan etməyi planlaşdırır

Ümumdünya Antidopinq Agentliyi (WADA) yüksək hündürlük şəraitini simulyasiya edən hipoksik maskaların istifadəsini qadağan edə bilər.

İdman.Biz bildirir ki, bu barədə İspaniyanın Marca nəşri məlumat verib. Qadağaya səbəb norveçli biatlonçu Sivert Bakkenin ölümüdür.

Üçqat Avropa çempionu Bakken 23 dekabrda 27 yaşında vəfat edib. O, İtaliyanın Lavadza şəhərindəki bir oteldə ölü tapılıb. Ölüm səbəbi hələ də məlum deyil. Norveç Biatlonçular Birliyi bildirib ki, Bakkenin ölü tapıldığı zaman hipoksik maska axıb.

Əvvəllər WADA hipoksik maskaları yalnız mümkün üstünlük kontekstində təhlil edirdi. İndi agentlik onları təhlükəsizlik, sağlamlıq və idmançılar üçün risk baxımından nəzərdən keçirir.

Antidopinq icmasındakı mənbələr bildirib ki, “onları qadağan etmək üçün işlər görülür”. Velosiped komandalarının və antidopinq orqanlarının nümayəndələri qeyd ediblər ki, bu, metodun yalnız yarış zamanı istifadəsinə deyil, həm də tibbi monitorinqin mümkün olmadığı məşq şəraitinə də aiddir.

İdman.Biz